BAKI, 3 mart. TELEQRAF

Kanadanın Baş naziri Castin Trüdo Rusiya Federasiyasından 10 fiziki şəxs və 21 şirkətə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, press-reliz onun rəsmi saytında dərc olunub.

Sənədin mətnində qeyd olunur ki, Kanadanın Baş naziri bu tədbirləri Londonda Ukraynaya təhlükəsizlik və dəstək üzrə Avropa sammiti zamanı bəyan edib. Yeni sanskiyalar “hərbiləşdirilmiş təşkilatlar və onların rəhbərlərinə” də şamil edilir.

Press-relizdə vurğulanır ki, bu sanksiyalar Rusiyanın Ukraynada siyasi və hərbi məqsədlərinə çatmaq üçün üçüncü tərəf şirkətləri ilə əməkdaşlığının qarşısını almaq məqsədi daşıyır.