BAKI, 3 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin hər hansı bir ərazi güzəştləri verməyə hazır olmadığı bəyanatları reallığı qəbul etməmək kimi qiymətləndirilməlidir. Türkiyə razılaşmasından bəri yer üzərində vəziyyət dəyişib, yalnız kor olan bunu görməyə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident Vladimir Putin dəfələrlə bunu deyib ki, biz dialoq üçün mümkün bir baza olaraq İstanbul razılaşmasından danışaq. Lakin ovaxtdan bəri yer üzərində vəziyyət dəyişib. Yalnız kor olan bunu görmək və kar olan bunu eşitmək istəmir", - Kreml nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, 2024-cü ilin yekunu ilə bağlı mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqları İstanbul razılaşması əsasında aparmağa hazır olduqlarını bir daha bəyan edib. Brüsseldə olan Ukrayna lideri Zelenski isə mətbuat konfransından bir qədər sonra Putinin bəyanatına cavab olaraq bildirib ki, ümumiyyətlə belə bir sənəd olmayıb.

Sənədlər 2022-ci ilin martından aprelinə qədər müzakirə olunub.