
BAKI, 3 mart. TELEQRAF
HƏMAS hərəkatı atəşkəs razılaşmasının birinci mərhələsini uzatmaqdan və bütün girovları azad etməkdən imtina edərsə, İsrail Qəzza zolağında döyüşləri bərpa etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Kan dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, İsrail tərəfi HƏMAS-a qarşı təzyiqləri mərhələli şəkildə artırmaq niyyətindədir.
Yada salaq ki, yanvarın ortalarında İsrail və HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Qəzzada atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər.