BAKI, 3 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə görüşməyə və real problemləri həll etməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Vaşinqton konstruktiv dialoq üçün real problemləri həll etmək, ciddi məsələlər, qərarlı addımlar və cavablar üçün hazırdırsa, mən gələcəyəm", - Zelenski deyib.