BAKI, 2 mart. TELEQRAF

Amerikalıların 46 faizi ABŞ Prezidenti Donald Trampın Rusiyanın tərəfində olduğuna əmindir.

Teleqraf xəbər verir ki, "CBS News" və "YouGov"-un sorğularının nəticəsində belə məlum olub.

Bundan başqa, vətəndaşların 52 faizi Rusiya ilə münaqişədə Ukraynanın tərəfindədirlər.
Sorğuya görə, amerikalıların, demək olar ki, yarısı (44 faiz) Ukraynadakı münaqişə ilə bağlı neytral mövqedədir, vətəndaşların 4 faizi isə Rusiyanı dəstəkləyir.

Respondentlərin yalnız 11 faizi Donald Trampın münaqişədə Kiyevi dəstəklədiyinə inanır. Eyni zamanda, 46 faiz onun Moskvanın tərəfində olduğuna əmindir. Digər 43 faiz isə Amerika liderinin Rusiya və Ukraynaya eyni münasibət göstərdiyini düşünür.

Sorğu nəticəsində o da məlum olub ki, amerikalıların əksəriyyəti Rusiyaya düşmən ölkə kimi baxmaqda davam edirlər.