
BAKI, 3 mart. TELEQRAF
Türkiyə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları qəbul etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" Ankaradakı yüksək rütbəli diplomatik mənbəyə istinadən xəbər verir.
Agentliyin mənbəsinin sözlərinə görə, bütün tərəflərin iştirakı ilə danışıqları qəbul etməyə hazır olduqları ən yüksək səviyyədə elan edilib və bu təklifdən hamının xəbəri var.
Bir müddət öncə Türkiyənin xarici işlər naziri Hakan Fidan da bildirib ki, Ankara münaqişənin həllində, o cümlədən Rusiya ilə Ukrayna arasında danışıqların aparılmasında iştirak etməyə hazırdır.