BAKI, 3 mart. TELEQRAF

Fevralın 28-də Avropa İttifaqı (Aİ) səfirləri ilə keçirilən görüşdə Macarıstan Ukraynaya təhlükəsizlik zəmanətləri və yeni hərbi yardımın təqdim edilməsi ilə bağlı sənəd layihəsini bloklayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxıb.

“Kiyevin bu bloka üzvlüyü hazırda qeyri-mümkündür və Budapeştin maraqlarına ziddir”,- o qeyd edib.