BAKI, 2 mart. TELEQRAF

“Avropa liderlərinin Ukrayna və Avropanın təhlükəsizliyi məsələlərinə dair görüşləri iki-üç həftədən bir keçirilə bilər”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyib.

Nazir bildirib: “Avropa liderləri həll yollarını müzakirə etmək üçün bir araya toplaşıblar. Belə görüşlər gələcəkdə də davam edəcək”.

Türkiyəli diplomat qeyd edib ki, ABŞ-nin son həftələrdə yürütdüyü siyasət Avropa liderləri arasında Ukrayna məsələsi və ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaradıb: “Bu məsələ açıq şəkildə müzakirə olunur. Müzakirələri diqqətlə izləyirik. Ukrayna ilə bağlı sülh sazişinin olub-olmayacağına birlikdə baxacağıq”.