
BAKI, 3 mart. TELEQRAF
Avropa İttifaqının Londonda keçirilən sammitində əsas diqqət Ukraynada münaqişədən sonra təhlükəsizliyi təmin etmək üçün hərbi “könüllü koalisiyasının” yaradılmasına yönəlib.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Kir Starmer BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, danışıqların əsas mövzusu Kiyev üçün “davamlı sülh”ə zəmanət verən mexanizmlərin hazırlanması olacaq.
Starmer bildirib ki, alyans könüllülük əsasında yaradılacaq – ona bütün NATO ölkələri deyil, yalnız iştirak etmək istəyini bildirənlər qoşulacaq: "Hazırda müzakirələrdə ən fəal mövqeləri Böyük Britaniya və Fransa tutur".
Bu təşəbbüs hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna üçün uzunmüddətli təhlükəsizliyi təmin edəcək beynəlxalq platformanın yaradılmasına yönəlib.