BAKI, 3 mart. TELEQRAF

Volodimir Zelenski bəyan edib ki, Ukraynada prezident seçkiləri keçiriləcəyi təqdirdə, o, namizəd kimi seçkilərdə iştirak edə bilər.

Teleqraf xəbər verir ki, V.Zelenski britaniyalı jurnalistlərlə söhbətində belə deyib.

O bildirib: "Məni əvəz etmək asan olmayacaq, çünki bunun üçün təkcə seçkilərin keçirilməsi kifayət deyil. Bunun üçün gərək mənim orada iştirakımın qarşısını alalar. Bu isə xeyli çətin olacaq".