BAKI, 2 mart. TELEQRAF

Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen Ukraynanı “heç bir düşmənin həzm edə bilməyəcəyi polad kirpiyə” çevirməyə çağırıb.

Teleqraf xəbər verir ki, o bunu London sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.

AK rəhbərinin fikrincə, indi Aİ və NATO Ukraynanı hər baxımdan (silah, iqtisadi və maliyyə yardımı, enerji infrastrukturu) dəstəkləməklə, onu “heç bir düşmənin həzm edə bilməyəcəyi polad kirpiyə çevirməlidir”.

Fon der Leyen həmçinin Aİ ölkələrini “hərbi sənayelərində irəliyə sıçrayış” etməyə səsləyib.