BAKI, 3 mart. TELEQRAF

Yaponiyanın şimal-şərqindəki İvate bölgəsində meşə yanğınının həcmi ardıcıl beşinci gündür artmaqda davam edir.

Teleqraf xəbər verir ki, ölkədə 1992-ci ildən bəri ən böyük yanğınlar müşahidə olunur.

Yanğının sahəsi son sutka ərzində təxminən 300 hektar artaraq, 2,1 min hektara çatıb.

Bir nəfərin öldüyü məlum olub, itkin düşənlərin sayı dəqiqləşdirilir.

Bundan əlavə, 90-a yaxın yaşayış və ticarət obyekti yanğın nəticəsində dağılıb və ya zədələnib.

Yanğının söndürülməsinə ölkənin hər yerindən yanğınsöndürənlər cəlb olunub.