.jpg)
BAKI, 3 mart. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron ABŞ və Rusiyanın razılaşa biləcəyi Ukrayna üzrə mümkün razılaşmaya şübhə ilə yanaşdığını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Le Figaro” qəzetinə müsahibəsində danışıb.
Makronun fikrincə, belə bir saziş bağlansa belə, tam atəşkəs rejiminə əməl olunmasına effektiv nəzarəti təmin etmək mümkün olmayacaq.
Alternativ olaraq, Fransa lideri Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə birlikdə hava məkanında, sularda və enerji obyektlərinin yaxınlığında hərbi əməliyyatların müvəqqəti (30 günlük) dayandırılması təşəbbüsünü irəli sürüb.
Makron vurğulayıb ki, xarici hərbi kontingentin Ukraynaya yerləşdirilməsi yalnız nizamlanmanın növbəti mərhələsi kimi qiymətləndirilə bilər.