
BAKI, 3 mart. TELEQRAF
ABŞ-ın vitse-prezidenti C.D.Vens və ailəsi “gizli yerə” köçürülüb.
Teleqraf xəbər verir ki, bu barədə "Breitbart" yazır.
Bu addım onların Vermontda xizək kurortunun yaxınlığında istirahət edərkən ukraynayönlü fəalların etirazları ilə qarşılaşması səbəb kimi izah olunur.
Jurnalistlər bildiriblər ki, kurortda qarışıqlıq yaranıb. Xizəkçilərdən biri etirazçıların zehni qabiliyyətlərini şübhə altına alaraq, onları təhqir edib.
Daha əvvəl KİV-də yazırdılar ki, ukraynayönlü fəallar vitse-prezidentlə ailəsinin tətilini pozmağa cəhd göstəriblər. Hadisə Vensin Ukrayna lideri Volodimir Zelenski ilə Ağ Evdəki mübahisəsindən sonra baş verib.