BAKI, 3 mart. TELEQRAF

Rusiya Ukraynanın Luqansk regionunun müvəqqəti işğal altındakı ərazilərində 60000 uşağı təşkilatlara cəlb edərək, onları gələcək müharibəyə hazırlamaq üçün praktik olaraq yetişdirir.

Teleqraf Ukraynanın rəsmi dövlət agentliyi olan “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Milli Müqavimət Mərkəzi məlumat yayıb.

"Kreml Luqansk regionunun müvəqqəti işğal olunmuş ərazilərində 60000 uşağı "Gənclik Ordusu" və "Pionerlər Hərəkatı" sıralarına qatır. Onlara uşaqlıqdan beyninə yeridirlər ki, Ukrayna onların düşmənidir və onlar "rus"dur. Onlara bildirirlər ki, Kremlin əsgəri olmaq yalnız norma deyil, həm də şərəfdir. Onlar düşünmədən müharibəyə hazırlanırlar”, – məlumatda qeyd olunur.