
BAKI, 3 mart. TELEQRAF
"Bizə əbədi müharibə yox, sülh lazımdır. Buna görə də biz deyirik ki, təhlükəsizlik zəmanətləri sülhün açarıdır".
Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalındakı videomüracitəində belə deyib.
O söyləyib: "Yaxın gələcəkdə Avropada hamımız öz ümumi qənaətlərimizi – əldə etməli olduğumuz və güzəştə gedə bilməyəcəyimiz mövqeləri formalaşdıracağıq. Bu mövqelər ABŞ-dəki tərəfdaşlarımıza təqdim olunacaq".
Zelenski deyib: "Dayanıqlı və sülh, müharibənin ədalətli razılaşma ilə başa çatması bizim ümumi prioritetimizdir".