
BAKI, 28 fevral. TELEQRAF
Moldovanın Ukrayna torpaqları üzərində tarixi hüquqları var. Ona görə də ölkəmiz Ukrayna nizamlanması üzrə danışıqlarda iştirak etməlidir.
Teleqraf xəbər verir ki, bunu TASS-a müsahibəsində Moldovanın keçmiş prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon deyib.
"Bilirsiniz, mən bir neçə həftə əvvəl bu məsələ ilə bağlı çıxış etmişəm. Onlara Ukrayna ərazisinin bir hissəsinin tarixən Moldova torpağı olduğunu xatırladanda məni tənqid etməyə başladılar. Birincisi, Vladimir Vladimiroviç [Putin] bu yaxınlarda dedi ki, Ukrayna ilə bağlı danışıqlarda başqa ölkələr də iştirak etməlidir. O, BRİKS və başqalarını xatırladıb. Mən hesab edirəm ki, Moldova da danışıqlarda iştirak etməlidir. Biz bu müharibəyə görə də çox şey itirdik, buna görə də hesab edirəm ki, biz də danışıqlarda iştirak etməliyik"
Dodonun sözlərinə görə, Moldova Ukraynadan bəzi torpaqları geri tələb etmir: "Baxmayaraq ki, Moldova 1940-cı illərdə dənizə çıxışını itirdi. Bu da təbii ki, iqtisadi baxımdan böyük itki idi. Biz başa düşməliyik ki, Ukrayna ərazisində böyük bir Moldova diasporu var - buna görə də Moldova dilində danışan yüz minlərlə insan bu məsələləri qaldırmayacaq. Onlar Zelenski və bəzi AB rəsmiləri ilə birlikdə anti-Rusiya xəttini davam etdirirlər. Lakin biz bu məsələləri mütləq qaldıracağıq”.