BAKI, 28 fevral. TELEQRAF
Terror təşkilatının silahı yerə qoyması və özünü buraxması çağırışı vacibdir.
Teleqraf xəbər verir ki, bunu CHP sədri Özgür Özəl özünün sosial media hesabında yazıb.
"Biz həmişə terrorun və zorakılığın bütün növlərinə qarşı olmuşuq və bundan sonra da belə olacağıq. Terror təşkilatının silahı yerə qoyması və özünü buraxması çağırışı vacibdir. Ümid edirik ki, on minlərlə insanın həyatına son qoyan, ağır iqtisadi və sosial dağıntılara səbəb olan terrorçuluq əbədi olaraq sona çatacaq", - o vurğulayıb.
Özgür Özəl qeyd edib ki, Türkiyənin bütün problemlərinin həlli ancaq daxili sülhün əldə olunması ilə mümkündür.