
BAKI, 28 fevral. TELEQRAF
Yanvar ayında Azərbaycandan Rusiyaya 81,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nda deyilir.
Bundan əlavə, hesabat dövründə Türkiyəyə 37,1 milyon ABŞ dolları, Gürcüstana 26,5 milyon ABŞ dolları, İsveçrəyə 22,2 milyon ABŞ dolları, Ukraynaya isə 21,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.