BAKI, 28 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə hörmətlə yanaşdığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib .
“Düşünürəm ki, sabah səhər çox yaxşı görüşümüz olacaq. Biz çox yaxşı anlaşacağıq. Ona böyük hörmətim var", - Tramp deyib.
Tramp həmçinin qeyd edib ki, Zelenski ilə görüş zamanı nadir torpaq ehtiyatlarından istifadəyə dair saziş imzalayacaq.