
BAKI, 28 fevral. TELEQRAF
Azərbaycanın müxtəlif regionlarında sığınacaqların yaradılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə heyəti sədrinin müşaviri Məftunə İsmayılova bu gün “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, indiki məqamda bir sığınacaq mərkəzinin yaradılması plandadır.
"Təbii ki, bu, məxfilik qorunmaqla baş tutacaq”.