
BAKI, 27 fevral. TELEQRAF
Latviya hakimiyyəti Rusiya və Belarus vətəndaşlarına ölkəyə giriş və viza məhdudiyyətlərini 2026-cı il dekabrın 31-dək uzadıb.
Teleqraf xəbər verir ki, müvafiq qərar fevralın 25-də Latviya Nazirlər Kabinetinin iclasında razılaşdırılıb.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Latviya, Estoniya, Litva və Polşa Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıran qərar qəbul ediblər.
Daha sonra Latviya hakimiyyəti bu məhdudiyyətləri 2025-ci il martın 4-dək uzadıb.