
BAKI, 28 fevral. TELEQRAF
Nikaraqua hökuməti ölkənin suverenliyinə hörmətsizlik etdiyi üçün BMT-nin İnsan Haqları Şurasından çıxdığını elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Nikaraqua Prezidenti Rosario Murillo yerli "Canal 4" televiziyasına müsahibəsində bildirib.
“Nikaraqua üçün bu hörmətsiz strukturlar öz təbiətini və mahiyyətini itirib. Biz onları tanımırıq və özümüzü dövlətlərin suverenliyinə və bərabərliyinə qarşı hücumların iştirakçıları və ya ortaqları hesab etmirik”,- ölkə prezidenti deyib.