BAKI, 28 fevral. TELEQRAF

Böyük Britaniyanın məşhur yayım şirkəti BBC Qəzza ilə bağlı yayımladıqları sənədli filmə görə üzr istəyib.

Teleqraf xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Sözügedən buraxılışın müharibənin Qəzzadakı uşaqlar üzərindəki təsirini göstərdiyi üçün tənqid edildiyi və daha sonra BBC-nin "iPlayer" platformasından silindiyi açıqlanıb.

Məsələyə münasibət bildirən BBC-nin mətbuat katibi sənədli filmin hazırlanmasında qəbuledilməz səhvlərə yol verdiklərini vurğulayıb və təşkilatın imicinə dəyən zərərə görə üzr istəyib.

Qeyd edək ki, məşhur yayım şirkətinin rəhbərliyi bu hadisəni ciddi səhv olaraq qiymətləndirib və bunun BBC-yə zərər verdiyini bildirib.

Aralarında məşhur adların da olduğu 500-dən çox televiziya və media mütəxəssisi, BBC-nin üzr qərarını tənqid edib və sənədli filmin siyasi səbəblərdən silindiyini vurğulayıb.