
BAKI, 28 fevral. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatı Rusiya və ABŞ arasında istənilən dialoqu alqışlayır.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik İstanbulda Rusiya-Amerika danışıqlarını şərh edərkən bildirib.
"Biz dəqiq nəyin müzakirə edildiyini bilmirik, lakin mən hesab edirəm ki, məsələlərin həlli üçün ABŞ və Rusiya arasında istənilən dialoq alqışlanmalıdır", - Düjarrik bildirib.
Fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında görüş keçirilib. Təxminən altı saat yarım davam edən danışıqlarda iki ölkənin səfirlik və konsulluqlarının işinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.