
BAKI, 28 fevral. TELEQRAF
Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım Hələb vilayətinin Karakörpü kəndində paylanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində təşkil edilmiş humanitar yardımın paylanması aksiyasında Azərbaycanın Suriyadakı Səfirliyi iştirak edib.