.jpg)
BAKI, 28 fevral. TELEQRAF
"Böyük Britaniya Ukraynaya atəşkəsdən sonra sülhün təmin edilməsinə kömək üçün quru və hava qüvvələri göndərməyə hazırdır".
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmer Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla birgə mətbuat konfransında bildirib.
“Böyük Britaniya sülh razılaşmasını dəstəkləmək üçün Ukraynaya quru qoşunları və təyyarələr göndərməyə hazırdır. Biz müttəfiqlərimizlə birlikdə işləyirik”, - Britaniyanın baş naziri bildirib.