BAKI, 28 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski haqqında "diktator" ifadəsi işlətdiyini inkar edib.

Teleqraf xəbər verir ki, jurnalistlər Böyük Britaniyanın Baş naziri Key Starmerlə görüşdə Trampa "hələ də Zelenskini diktator hesab edirsiniz" sualını veriblər.

“Bunu mən demişəm?" - deyə Tramp əvvəlki sözlərini təsdiqləməyib.

Qeyd edək ki, fevralın 19-da Donald Tramp Zelenskini "diktator” adlandırıb .