BAKI, 28 fevral. TELEQRAF

Azərkosmos gəlirlərini 100 min dollar artırıb.

2025-ci ilin yanvar ayında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 36 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Bu, 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 100 min dollar çoxdur.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 69%-ni təşkil edib.

Qeyd olunan dövrdə 36 ölkədən 88-ə yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub. Xidmət ixrac olunan ölkələr arasında Lüksemburq, Birləşmiş Krallıq, Misir, Türkiyə, Rusiya, Tanzaniya və CAR böyük paya sahibdir.