BAKI, 28 fevral. TELEQRAF

Cənubi Koreya Rusiya və Belarusa qarşı sanksiyaları yumşaldacaq.

Teleqraf xəbər verir ki, bu barədə Koreya Respublikasının Sənaye, Ticarət və Sərvətlər Nazirliyi bəyan edib.

Bu, tibbi avadanlıqların ixracatında yaranan çətinlikləri aradan qaldırmaq üçün qəbul edilib.

Koreya hakimiyyəti Rusiya və Belarusa humanitar funksiyanı yerinə yetirən avadanlıqların idxalını sadələşdirmək qərarına gəlib.