
BAKI, 28 fevral. TELEQRAF
Elm və Təhsil Nazirliyi 10-11-ci siniflər üçün kiçik ölçülü dərsliklərin istehsalı ilə bağlı 771.306 manatlıq tender elan edib.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, layihə çərçivəsində Azərbaycan dili, riyaziyyat, fizika, coğrafiya, biologiya, tarix və xarici dillər kimi müxtəlif fənlər üzrə kitablar nəşr ediləcək. Kitabların ölçüsü 16,5×24,0 sm olacaq və hər biri müvafiq olaraq 200-320 səhifədən ibarət olacaq. Zərflər 10 aprel 2025-ci il tarixində açılacaq.
Qeyd edək ki, bu təşəbbüs çərçivəsində Azərbaycan və rus dillərində dərsliklər çap ediləcək və məktəblərə paylanacaq. Layihənin əsas məqsədi tədris vəsaitlərinin keyfiyyətini artırmaq və şagirdlərin təhsilinə töhfə verməkdir.