BAKI, 28 fevral. TELEQRAF

“Bu toplantı qarşıdakı işlər üçün çox böyük başlanğıc olacaq. Bizim cəmiyyətimizi məişət zorakılığı ciddi narahat edir. Cinayət hallarında artım olduğu kimi məişət zorakılığında da problemlər dərinləşir”.

Teleqraf xəbər verir ki, bunu “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı brifinqdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, istənilən dövlət orqanı bu bəlanı qəbul etmiş və hər zaman buna qarşı çıxmışdır:

“Çünki bir qurum bunun öhdəsindən gələ bilməz”.

O bildirib ki, zorakılıq hallarının baş vermə formaları təhlükəlidir.

"Ona görə ki, bu hallar ailələr, doğmalar arasında baş verir. Özünü ifadə etməyi bu yolda görən insanlar var. Biz tək zorakılığa məruz qalan yox, onu törədənlə də məşğul olmalıyıq”.

Komitə sədri bildirib ki, məişət zorakılığının qurbanı olan şəxslər sığınacaqlarda məskunlaşırlar.

"Oradakı sıxlıq da bizə bəllidir. Zərərçəkənə vaxtında yardım göstərmək çox vacib məsələdir”- deyə B.Muradova əlavə edib.