BAKI, 28 fevral. TELEQRAF

Kanadanın Baş naziri Castin Trüdo ABŞ-nin martın 4-dən tətbiq edəcəyi tariflərə qarşı sərt cavab verəcəklərini açıqlayıb.

Teleqraf xəbər verir ki, Trüdo hökumətin Kanadaya qarşı hər hansı tarifin tətbiq olunmamasına fokuslandığını qeyd edib.

O, bu problemin mənbəyinin Kanada olmadığını və qabaqlayıcı tədbirlər gördüklərini əlavə edib.

"Kanadaya qarşı ədalətsiz tariflər tətbiq olunarsa, cavabımız dərhal və son dərəcə güclü olacaq”,- deyə Baş nazir bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadadan ABŞ-yə narkotik axınının davam etdiyini və bu ölkələrə tətbiq olunacaq tariflərin martın 4-də planlaşdırıldığı kimi qüvvəyə minəcəyini vurğulayıb.