.jpg)
BAKI, 28 fevral. TELEQRAF
2025-ci ilin yanvarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən çox ixracı 38,7 milyon dollarla ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, ən az ixracı isə 10 min dollarla “Avia-Agreqat Zavodu” MMC və “Qaradağ Şüşə Zavodu” ASC həyata keçirib.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi hesabata əsasən xəbər verir ki, 2024-cü ilin yanvarında 33 milyon dollar ixrac reallaşdıran ARDNŞ-nin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2025-ci ilin eyni dövründə ixracını 38,7 milyon ABŞ dollarına yüksəldib.
Eyni zamanda, ən az ixrac həyata keçirən subyektlər arasında “Avia-Agreqat Zavodu” MMC və “Qaradağ Şüşə Zavodu” ASC qeyd olunub. Hər iki müəssisə 2025-ci ilin yanvarında 10 min ABŞ dolları dəyərində ixrac həyata keçirib.
Bu müəssisələrin ilk xarici ticarət əməliyyatı olub.
Digər iri ixracatçılar arasında “SOCAR Polymer” MMC (15,1 milyon dollar), “AzerGold” QSC (15,4 milyon dollar), “Azəralüminium” MMC (8,6 milyon dollar) yer alıb.