
TBİLİSİ, 28 fevral. TELEQRAF
Gürcüstanın ali məktəblərində 860 nəfər Azərbaycan vətəndaşı təhsil alır.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2024-2025-ci tədris ili üzrə hesabatında bildirilib.
Sənədə əsasən, onların 376-sı dövlət, 484-ü isə özəl universitetlərin tələbələridir. Dövlət institutlarında təhsil alan Azərbaycan vətəndaşlarının 141-i qadın, 235-i kişi, özəl ali məktəblərdə təhsil alan vətəndaşlarımızın isə 102-si qadın, 382-si kişidir.
2023-2024-ci tədris ili ilə müqayisədə qonşu ölkənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 54 nəfər artıb.
Gürcüstan universitetlərində təhsil alan əcnəbilərin ümumi sayı isə 37 125 nəfərə bərabərdir ki, bu da əvvəlki tədris ili ilə müqayisədə 6 424 nəfər çoxdur.