BAKI, 28 fevral. TELEQRAF
Şimali Koreya strateji qanadlı raketin sınaq atışını həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "Koreyanın Səsi" radiostansiyası məlumat yayıb.
Buraxılış fevralın 25-də səhər saatlarında Qərbi Koreya boğazında baş tutub.Məlumata görə, Şimali Koreya lideri Kim Çen In raketin buraxılışında iştirak edib.