BAKI, 27 fevral. TELEQRAF

Türkiyənin hakim partiyasının (AKP) sədr müavini Hayati Yazıcı həbsdə olan PKK lideri Abdullah Öcalanın çağırışına münasibət bildirib.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yazıcı sosial media hesabında terror təşkilatının lideri Abdullah Öcalanın tərəfdarlarını təslim olmaq çağırışını şərh edib.

"Ölkəmizi "terrorsuz Türkiyə" hədəfinə çatdıracaq, terrora son qoyacaq hər bir addım, çağırış dəyərlidir. Terror təşkilatına edilən "silahı yerə qoy" çağırışını mühüm bir addım kimi qiymətləndiririk. Bu torpaqların mahiyyətində birlik və qardaşlıq var", - o bildirib.

Qeyd edək ki, daha əvvəl Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa çağırıb.