BAKI, 28 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Şimali Atlantika Alyansına qoşulmayacağına əminliyini ifadə edib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, ABŞ prezidenti bu barədə jurnalistlərə bildirib.

“Mən çox nəzakətlə deyə bilərdim ki, yaxşı, biz bunun üzərində işləyəcəyik. Amma məni dinləyin, bu olmayacaq" - Amerika lideri Ukraynanın NATO-ya daxil olmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən vurğulayıb.

O bildirib ki, Ukraynadakı münaqişənin başlanmasının əsas səbəbi Qərbin Kiyevi ittifaqa cəlb etmək cəhdləri olub.