
BAKI, 28 fevral. TELEQRAF
ATƏT Ukrayna ərazisinə sülhməramlı kontingent göndərə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ATƏT-in Parlament Assambleyasının mətbuat xidməti məlumat yayıb.
"ATƏT Ukraynaya sülhməramlı qüvvələr yerləşdirə bilər", - Parlament Assambleyasının sözçüsü Nat Parri bildirib.
Onun sözlərinə görə, oxşar ideya 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin sammitində müzakirə olunub. İştirakçılar daha sonra təşkilatın bütün üzvlərinin razılaşdığı təqdirdə sülhməramlıların yerləşdirilməsinin mümkünlüyünü qeyd ediblər.
Hazırda ATƏT-də Almaniya, Fransa, ABŞ və Rusiya da daxil olmaqla 57 iştirakçı dövlət var.