
BAKI, 28 fevral. TELEQRAF
Almaniyanın Rostok Turizm İdarəsi 37 nudist çimərliyi üçün yeni qaydalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” yazır.
“Nudist çimərliklərinə yalnız nudizmlə məşğul olanlar buraxılacaq. Burada geyimlə üzmək və ya günəş vannası qəbul etmək qadağandır”, - bəyanatda deyilir.
Qanunu pozanlardan ya tamamilə soyunmaq, ya da nudist çimərliyini tərk etmək tələb olunacaq.
Bu yolla səlahiyyətlilər nudistlərin, eləcə də tam soyunmaq istəməyən digər çimərlik ziyarətçilərinin şikayətlərinə cavab verib.