BAKI, 28 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə güvənməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

“Mən onu çoxdan tanıyıram. Onun sözündən dönəcəyinə inanmıram. Putin sözünün üstündə durduqca, Ukraynada sülh davamlı olacaq. Bununla belə, Rusiya liderinə kor-koranə etibar etmək olmaz”, - Tramp deyib.