BAKI, 28 fevral. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Key Starmer Ukrayna ilə bağlı sülh sazişi fürsətinin yaradılmasına görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə Amerika lideri Donald Trampla görüşdə danışıb.

Britaniyanın baş naziri sazişin möhkəm və davamlı olmasını təmin etmək üçün sülh prosesində Amerika tərəfi ilə işləmək istədiyini vurğulayıb.

Starmerin sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin mümkün sülh yolu ilə həlli tarixi hadisə olacaq və bu saziş heç kim tərəfindən pozulmamalıdır.