.jpg)
BAKI, 28 fevral. TELEQRAF
Bəzi Avropa ölkələri və ABŞ Rusiya ilə münasibətləri yaxşılaşdırmaq imkanlarını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bunu "TVN24" telekanalına müsahibəsində Polşanın Baş naziri Donald Tusk deyib.
“Bu bəzi Avropa ölkələrində, xüsusilə də Vaşinqtonda özünü büruzə verir. Onlar Rusiya ilə münasibətləri necə yaxşılaşdırmaq barədə düşünürlər”, - Tusk bildirib.
Tusk əmindir ki, bu tendensiya böyük risklər daşıyır. Bundan əlavə, o, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə təhvil verilməsini Ukraynanın danışıqlarda mövqeyini gücləndirmək üçün ən vacib addım hesab edir.