BAKI, 9 iyun. TELEQRAF
“Ermənistan” bloku iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrindən Konstitusiya Məhkəməsinə apelyasiya şikayəti verəcək.
Teleqraf xəbər verir ki, bu barədə blokdan yerli mediaya bildirilib.
“İyunun 14-də seçkilərin yekun nəticələri açıqlandıqdan sonra ciddi və tutarlı faktlarla Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Hazırda kifayət qədər geniş sənədlər paketi hazırlanır”, - açıqlamada qeyd edilib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825%-ni toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs toplayıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.