BAKI, 3 noyabr. TELEQRAF
Rusiya 3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) növbəti görüşün yaxın vaxtlarda keçiriləcəyinə ümid edir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Cənubi Qafqazda perspektivli platforma regional əməkdaşlıq üzrə 3+3 formatı oldu. Bu format Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç böyük qonşusu - Rusiya, İran və Türkiyəni əhatə edir. Platformanın iştirakçıları birləşdirici gündəliyi irəli aparmaq barədə razılığa gəliblər. Ümid edirik, yaxın vaxtlarda bu formatda növbəti görüş keçiriləcək”, - Lavrov bildirib.