BAKI, 4 noyabr. TELEQRAF

Gürcüstanın keçmiş Baş prokuroru, 2025-ci ilin oktyabrında Tbilisidə prezident sarayına hücumun təşkilinə görə məhkum edilmiş Murtaz Zodelava azadlığa buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Zodelava ilə birlikdə prezident sarayına hücumun təşkilinə görə məhkum edilmiş keçmiş hərbçi Laşa Beridze də həbsdən azad edilib. Onların azadlığa buraxılması təqsirlərini etiraf etmələri və prokurorluqla prosessual saziş bağlamaları nəticəsində mümkün olub.