BAKI, 8 may. TELEQRAF

“Ermənistan müharibə qapısını bağlamalıdır”.

Teleqraf xəbər veir ki, bunu müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan Araratda seçki kampaniyası çərçivəsində seçiciləri ilə görüşündə deyib.

Görüşdə əsas mövzulardan biri təhlükəsizlik və sərhədlərin möhkəmləndirilməsi olub.

“Hər kəs yaxşı yaşamaq, sülh, iqtisadi inkişaf və övladları üçün təhlükəsiz gələcək istəyir”, - Sarukyan qeyd edib.

Bölgə sakinləri də bildiriblər ki, onlar daimi müharibə təhlükəsi olmadan dinc yaşamaq və işləmək istəyirlər.

Sarukyan bu məsələ barədə onlara söyləyib ki, Ermənistan müharibə qapılarını bağlı saxlamalı və iqtisadi inkişafa və rifaha diqqət yetirməlidir: “Heç kim müharibə istəmir. Müharibə qapısını bağlamalıyıq, onu elə möhkəm bağlamalıyıq ki, bir daha bu barədə düşünməyək”.

Xatırladaq ki, bu gün Ermənistanda 7 iyun parlament seçkiləri ilə əlaqədar seçki kampaniyasına start verilib.