BAKI, 8 may. TELEQRAF
“Ermənistan cəmiyyəti sülh uğrunda ayağa qalxmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Sünik bölgəsində (Qərbi Zəngəzur) seçki kampaniyası çərçivəsində seçiciləri ilə görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Biz dövlət və sülh uğrunda ayağa qalxmalıyıq”, - o bildirib.
Nikol Paşinyan bölgə sakinlərini mayın 28-də İrəvanda keçiriləcək hərbi parada qatılmağa da çağırıb:
“28 mayda kimin imkanı varsa, “Respublika” meydanına gəlsin. Son illərdə baş verənləri sizə göstərmək istəyirik. Ordumuzda baş verənləri sizə göstərmək istəyirik”.
Baş nazir Ermənistanın yaşamaq uğrunda mübarizə dövrünü keçdiyini söyləyib:
“Yaşamaq vaxtı gəldi”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.