BAKI, 8 may. TELEQRAF

Ermənistanda parlament seçkiləri ilə bağlı kampaniya rəsmi olaraq başlayıb.

Teleqraf xəbər verir ki, seçki kampaniyası iyunun 5-dək davam edəcək.

Seçkilərdə 19 siyasi qüvvə iştirak edir.

Parlament seçkiləri iyunun 7-də keçiriləcək.