BAKI, 1 may. TELEQRAF
“Rusiyalı oliqarx Samvel Karapetyan hakimiyyətə gəlsə, Azərbaycan və Ermənistan arasında yeni müharibə qaçılmaz olacaq”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Elen Hoxikyan deyib.
Ekspert bildirib ki, oliqarx və sabiq prezident iyunun 7-də keçiriləcək parlament seçkilərini rüşvət hesabına udmaq istəyir:
“Keçmişdə Ermənistan vətəndaşlarının səslərini oğurlamaq və hakimiyyəti qəsb etmək üçün bu cür vasitələrdən necə istifadə etdiklərinə nəzər salsaq, onların yenidən bu vasitələrə əl atması təəccüblü deyil. Onların heç vaxt Ermənistan vətəndaşlarını anlamayıblar, buna görə onlarla ünsiyyətdən qaçıblar. Ümidləri Ermənistan vətəndaşlarını pulla satın almaqdır, amma düşünmürəm ki, bir dəfə cəhənnəmdən keçən vətəndaşlarımız bir daha ora qayıtmaq istəsinlər”.
Hoxikyanın sözlərinə görə, Karapetyan və Köçəryan Ermənistan vətəndaşının gələcəyə olan inamını qırmaq istəyirlər:
“Rusiyapərəst qüvvələr hakimiyyətə gəlsələr, çətinliklə əldə edilən sülh razılaşmalarını, “Tramp Marşruru” layihəsini ləğv edəcəklərini söyləyirlər. Bu, onların müharibə gətirəcəyi anlamına gəlmirmi? Qarşıdakı seçkilər bizim hansı yolu seçəcəyimiz barədə olacaq - demokratiya, yoxsa əvvəlki həyata və ya oliqarxiyaya qayıdış”.